AZ

Yuri Vernidub “Neftçi” ilə şərt kəsib – Rusiya ilə bağlı – ARENA.AZ

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub bu klubla müqaviləsinə Rusiya ilə əlaqələri əhatə edən xüsusi maddə əlavə etdirib.

Arena.az bu barədə “TaToTake”yə istinadən xəbər verir.

Mənbənin iddiasına görə, ukraynalı mütəxəssis “Neftçi”nin Rusiya komandaları ilə yoxlama oyunları keçirməməsini və həmin ölkənin klubları ilə heç bir transfer münasibətinə girməməli olduğunu tələb edib.

Daha əvvəl Ukrayna hakimiyyətinin Vernidubu ölkədən buraxmadığı barədə xəbərlər yayılmışdı. Ancaq “Neftçi” rəhbərliyi məsələni həll edə bilib və baş məşqçi artıq komandada işinin icrasına başlayıb.

“Neftçi” 2023-cü ildə Moskvada yerli “Spartak”la yoxlama görüşü keçirmişdi. Həmin vaxt “qırmızı-ağlar” 2:0 hesablı qələbə qazanmışdılar.

Artıq bir neçə ildir ki, Rusiya Ukraynaya hücumlarını davam etdirir və bu ölkənin ərazilərini işğal edib. Hətta Yuri Vernidub da Azərbaycana gələnə qədər cəbhədə Rusiyaya qarşı döyüşlərdə iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
41
11
arena.az

10Mənbələr