AZ

“Sumqayıt” Antalyaya yollandı – 3 yoxlama oyunu keçirəcək – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” qış təlim-məşq toplanışı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Saşa İliçin baş məşqçisi olduğu komanda yanvarın 3-dən 17-nə qədər Lara bölgəsində hazırlıq keçəcək. “Gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama oyununda gücünü sınayacaq. Belə ki, İliçin yetirmələri yanvarın 9-da Macarıstanın “Pakş” komandası ilə qarşılaşacaq. Növbəti yoxlama oyunları yanvarın 12-də Serbiyanın OFK (Belqrad), 16-da isə Xorvatiyanın “Osiyek” komandalarına qarşı olacaq.

Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi 16 oyunda 27 xal toplayıb və yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda 16 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
39
arena.az

10Mənbələr