AZ

Mehmet Aurelio yenidən “Fənərbağça”da! – ARENA.AZ

Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbaxça”nın sabiq ulduzu Mehmet Aurelio yenidən İstanbul klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, təcrübəli mütəxəssis “sarı-lacivərdlilər”in U-19 komandasının baş məşqçisi təyin edilib.

Xatırladaq ki, Mehmet Aurelio futbolçu karyerası ərzində 2003-2008-ci illərdə məhz “Fənərbağça”da çıxış edib. O, vaxtilə İstanbul təmsilçisinin heyətində 222 oyuna çıxıb, 20 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Aurelio futbolçu karyerası ərzində “Trabzonspor”, “Betis”, “Beşiktaş” və “Olariya”da da çıxış edib. O, Türkiyə milli komandasının heyətində 37 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

48 yaşlı mütəxəssis məşqçiliyə 2015-ci ildən başlayıb. Amma o, indiyə qədər yalnız “Çorum”da baş məşqçi olub. Aurelio “Kasımpaşa”, “Göztəpə”, “Sakaryaspor”, “Fənərbağça” və “Antalyaspor”da köməkçi-məşqçi kimi də çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
68
42
arena.az

10Mənbələr