AZ

“Qarabağ” qış toplanışına start verdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” 2025/2026-cı illər mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verib.

Arena.az bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “Azərsun Arena”dakı təlim-məşq bazasında bir araya gəlmiş komanda 2026-cı ilin ilk məşqinə çıxıb. Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-nə qədər Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək. Toplanış çərçivəsində Ağdam klubu iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

Xatırladaq ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
48
39
arena.az

10Mənbələr