AZ

“Qarabağ” Antalyada “Neftçi” ilə qarşılaşacaq – ARENA.AZ

“Qarabağ”ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-nə qədər Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Qloria Sports Arena”da keçiriləcək. Komanda bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində Azərbaycan çempionu yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə qarşılaşacaq. Oyuna saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) start veriləcək. Yanvarın 16-da isə Polşanın “Zaqlenbe” (Lyubin) klubu ilə sınaq matçı baş tutacaq. Bu oyuna da saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) start veriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivi ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
66
42
arena.az

10Mənbələr