Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 20-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Aston Villa” doğma meydanda “Nottingem Forest”ə, “Vulverhempton” “Vest Hem”ə, “Brayton” “Börnli”yə qalib gəlib. Səfərdə “Bornmut”la qarşılaşmış lider “Arsenal” da növbəti qələbəsinə sevinib.
20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
20-ci tur
3 yanvar
Aston Villa – Nottingem Forest 3:1
Qollar: O.Uotkins, 45+1. Makqinn, 49; 73 – Gibbs-Uayt, 61.
Vulverhempton – Vest Hem 3:0
Qollar: Arias, 4. Hvanq, 31-pen. Mane, 41.
Brayton – Börnli 2:0
Qollar: Rutter, 29. Ayari, 47.
Bornmut – Arsenal 2:3
Qollar: Evanilson, 10. Kroupi, 76 – Qabriel, 16. Deklan Rays, 54; 71.
4 yanvar
16:30. Lids – Mançester Yunayted
19:00. Everton – Brentford
19:00. Fulhem – Liverpul
19:00. Nyukasl – Kristal Pelas
19:00. Tottenhem – Sanderlend
21:30. Mançester Siti – Çelsi
