AZ

“Qəbələ” doğma meydanda 1, Bakıda 2 sınaq matçına çıxacaq – ARENA.AZ

Azərbaycan Premyer Liqasında çıxış edən “Qəbələ”nin qış təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblər bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Əyalət təmsilçisi ötən gündən – yanvarın 3-dən etibarən toplanışa başlayıb. Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-nə qədər Qəbələ şəhərində davam edəcək.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini yanvarın 14-18-də Bakıda keçirəcək.

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda burada daha iki oyun keçirəcək. Yanvarın 14-də “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.
Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Sözügedən oyun yanvarın 24-də baş tutacaq.

Kaxaber Sxadadzenin komandası mövsümün geridə qalan hissəsində cəmi 8 xal toplayıb və 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
66
42
arena.az

10Mənbələr