Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
“Osasuna” – “Atletik” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Selta” “Valensiya” ilə ev oyununda darmadağına sevinib. “Elçe” evdə “Vilyarreal”a uduzubsa, “Barselona” Kataloniya derbisində “Espanyol”u son dəqiqələrdə vurduğu qollar sayəsində məğlub edib.
Qeyd edək ki, 18-ci turun qalan görüşləri yanvarın 4-də və 5-də keçiriləcək.
İspaniya, La Liqa
18-ci tur
2 yanvar
Rayo Valyekano – Xetafe 1:1
Qollar: De Frutos, 45+1 – Arambarri, 90+1.
3 yanvar
Selta – Valensiya 4:1
Qollar: B.İqlesias, 33-pen; 59. Əl-Abdellaui, 83. H.Alvares, 90+4 – Pepelu, 70.
Osasuna – Atletik 1:1
Qollar: R.Qarsiya, 34 – Quruseta, 71.
Elçe – Vilyarreal 1:3
Qollar: Neto, 30 – Moleyro, 7. Mikautadze, 13. Pedrasa, 83.
Espanyol – Barselona 0:2
Qollar: Olmo, 86. Levandovski, 90.
4 yanvar
17:00. Sevilya – Levante
19:15. Real – Betis
21:30. Alaves – Real Ovyedo
00:00. Malyorka – Jirona
5 yanvar
00:00. Real Sosyedad – Atletiko
