Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Cenoa” – “Piza”, “Sassuolo” – “Parma” və “Yuventus” – “Leççe” matçlarında qalib müəyyənləşməyib. Hər üç matçda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Komo” doğma meydanda “Udineze”yə, “Atalanta” “Roma”ya tək qolla qalib gəlib.
Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İtaliya, A Seriyası
18-ci tur
2 yanvar
Kalyari – Milan 0:1
Qol: Leao, 50.
3 yanvar
Komo – Udineze 1:0
Qol: Da Kunya, 18-pen.
Cenoa – Piza 1:1
Qollar: Kolombo, 15 – Leris, 38.
Sassuolo – Parma 1:1
Qollar: Torstvedt, 12 – Pelleqrino, 24.
Yuventus – Leççe 1:1
Qollar: Makkenni, 49 – Banda, 45+2.
Atalanta – Roma 1:0
Qol: Skalvini, 12.
4 yanvar
15:30. Latsio – Napoli
18:00. Fiorentina – Kremoneze
21:00. Verona – Torino
23:45. İnter – Bolonya
