RU

Premyer Liqa: 36 penalti, 29 qol – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/26 mövsümündə baş tutmuş 16 turun 95 matçında 36 penalti təyin edilib.

Arena.az xəbər verir ki, orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub.

Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.

Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıblar. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıblar.

Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıblar. “Qarabağ”la “Sumqayıt” daha çox – hərəyə 5 belə zərbə vurublar. Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.

“İmişli” də 3 penalti qaçırıb. Həm debütant, həm də “Qəbələ” penaltidən qol sevinci yaşamayıb: “Qarabağ” – 5, “Sumqayıt” – 5 (3-ü qeyri-dəqiq), “Neftçi” – 4, “Kəpəz”, “Sabah”, “Şamaxı”, “Zirə” – 3, “İmişli” – 3 (3), “Araz-Naxçıvan”, “Karvan”, “Turan Tovuz” – 2, “Qəbələ” – 1 (1).

12 klubdan 11-i penalti ilə cəzalanıb. Yalnız “Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib: “Araz-Naxçıvan” – 7 (1-i qeyri-dəqiq), “Karvan” – 6, “Qarabağ” – 5 (2), “Neftçi” – 3, “Qəbələ”, “Turan Tovuz” – 3 (1), “Kəpəz”, “Şamaxı”, “İmişli” – 2, “Zirə” – 2 (1), “Sumqayıt” – 1 (1).

36 penaltini 22 futbolçu yerinə yetirib. Aleksandr Ramalinqom 5 belə imkan qazanıb. “Sumqayıt”ın legioneri yalnız 2 zərbədə sevinib. Toral Bayramov (“Qarabağ”) 4, Emin Mahmudov (“Neftçi”) və Ruan Renato (“Zirə”) 3 dəfə penaltini qola çevirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
16
1
arena.az

10Источники