AZ

Miralem Pyaniç futbolçu karyerasını bitirdiyini açıqladı – ARENA.AZ

Futbol üzrə Bosniya və Herseqovina yığma komandasının keçmiş mərkəz yarımmüdafiəçisi Miralem Pyaniç oyunçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra oynamayacağını bildirib.

O, hazırda Dubayda yaşadığını, karyerasını başa vurduğunu və övladının tərbiyəsi ilə məşğul olacağını söyləyib.

Xatırladaq ki, Pyaniçin sonuncu iş yeri Moskva ÇSKA-sı olub. O, 2024-cü ilin sentyabrında qoşulduğu Rusiya klubundan bu ilin yayında ayrılandan bəri işsiz idi.

Bosniyalı futbolçu karyerası ərzində “Mets”, “Olimpik” (Lion), “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş”, “Əl-Şarca” kimi klublarda da çıxış edib. Onun klub karyerasına rəqəmlərin gözü ilə baxsaq, belə mənzərənin şahidi olarıq:

Roma – 185 oyun (30 qol, 44 assist)
Yuventus – 178 oyun (22 qol, 42 assist)
Olimpik (Lion) – 121 oyun (16 qol, 21 assist)
Əl-Şarca – 63 oyun (5 qol, 16 assist)
Mets – 38 oyun (4 qol, 2 assist)
Barselona – 30 oyun
Beşiktaş – 26 oyun (4 assis)
ÇSKA – 25 oyun (3 assist)

2008-ci ilin avqust ayında Bosniya və Herseqovina millisində debüt etmiş Pyaniç yığma komandada 16 il forma geyinib. O, bu müddətdə 115 oyuna çıxıb, 17 qola imza atıb, 29 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
5
arena.az

9Mənbələr