AZ

“Traktor” 2025-ci ili heç-heçə ilə tamamladı – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 7-ci turdan təxirə salınmış oyunda “Malavan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdən xal itkisi ilə ayrılıblar – 0:0.

“Traktor” cari mövsümdə qazandığı 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 15 oyunda 5 qələbə qazanıb, 8 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “İstiqlal”la qarşılaşacaq. Bu oyun gələn il yanvarın 17-də səfərdə baş tutacaq. Bundan öncə isə Təbriz klubu İran Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Şəms Azər Qəzvin”lə üz-üzə gələcək. Bu görüş yanvarın 12-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
14
3
arena.az

10Mənbələr