AZ

“Roma” – A Seriyasında ilin ən çox qələbə qazanan komandası! – ARENA.AZ

“Roma” 2025-ci ildə futbol üzrə İtaliya çempionatının (A Seriyası) təmsilçiləri arasında ən çox qələbə qazanan komanda olub.

Arena.az xəbər verir ki, paytaxt klubu ili 26 qələbə ilə başa vurub.

“Canavarlar” A Seriyasında dördüncü dəfədir ki, il ərzində 25-dən çox qələbə qazanıblar. Sözügedən komanda 2006-cı və 2016-cı illərdə 26, 2017-ci ildə isə 28 qələbə qazanıb.

Paytaxt klubu 2025-ci ildə ümumilikdə 82 xal toplayıb. Can Pyero Qasperininin rəhbərlik etdiyi kollektiv bu göstəricidə “İnter” (77 xal) və “Napoli”ni (75 xal) üstələyib.

Qeyd edək ki, “Roma” İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 17 oyundan sonra 33 xalla yarış cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Canavarlar” 11 qələbə və 6 məğlubiyyət görüblər. Bu komanda lider “İnter”lə (36 xal) birgə cari mövsümdə heç-heçə etməyən iki kollektivdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
5
arena.az

9Mənbələr