AZ

Əliyar Ağayev bu mövsüm ən çox oyun idarə edən hakimdir – ARENA.AZ

FIFA referisi Əliyar Ağayev Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısında ən çox oyun idarə edən hakim olub.

Arena.az xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi 16 turun 10-da meydana çıxıb.

Fərid Hacıyev və Cavid Cəlilov (hər ikisi 9) növbəti sıralarda yer alıblar.

Mövsümün ilk yarısında gerçəkləşmiş 95 matçı bütövlükdə 14 referi idarə edib.

14-cü turun “Qəbələ” – “Turan Tovuz” qarşılaşması duman səbəbindən təxirə salınıb. Həmin duel yeni oyun kimi keçiriləcəyi üçün siyahıya daxil edilməyib. Sözügedən görüşə Tural Qurbanov təyinat almışdı.

16 turda ən çox matç idarə etmiş hakimlər:

Əliyar Ağayev – 10 oyun

Fərid Hacıyev – 9 oyun

Cavid Cəlilov – 9 oyun

Tural Qurbanov – 8 oyun (təxirə salınmış oyun nəzərə alınmayıb)

Rəvan Həmzəzadə – 8 oyun

Rauf Cabbarov – 8 oyun

Elçin Məsiyev – 8 oyun

Rəşad Əhmədov – 7 oyun

Kamal Umudlu – 7 oyun

İnqilab Məmmədov – 6 oyun

Kamranbəy Rəhimov – 6 oyun

Əli Əliyev – 4 oyun

Elvin Bayramov – 3 oyun

Nicat İsmayıllı – 2 oyun

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
5
arena.az

9Mənbələr