AZ

Premyer Liqa: Ən çox cəza alan klublar bəlli oldu – ARENA.AZ

Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026 mövsümünün ilk yarısında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub.

Arena.az xəbər verir ki, “Sumqayıt” sarı vərəqələrin sayında birinci pillədə qərarlaşıb.

“Gənclik şəhəri” təmsilçisinin futbolçuları 16 tur ərzində 49 dəfə bu halla üzləşiblər.

“Araz-Naxçıvan” və “Karvan” (hər ikisi 36) 2-3-cü yerləri bölüşdürürlər.

“Kəpəz” (35) 4-cü sırada yer alıbsa, “İmişli” və “Şamaxı” (hər ikisi 32) 5-6-cı pillədədir.

“Qəbələ” və “Sabah” (hər ikisi 31) 7-8-ci, “Neftçi” və “Zirə” (hər ikisi 29) 9-10-cu sıraları bölüşdürürlər. “Turan Tovuz” 25 sarı vərəqə ilə 11-ci, “Qarabağ” (20) sonuncu – 12-cidir.

Qırmızı vərəqələrin sayında “Qəbələ” bütün rəqiblərindən öndədir. “Qırmızı-qaralar”ın oyunçuları 15 turda (bir oyun təxirə salınıb) 3 dəfə bu halla üzləşiblər. Onlardan 2-si birbaşa, digəri isə ikinci sarı vərəqədən sonra göstərilib.

“Araz-Naxçıvan” (ikinci sarıdan), “İmişli” (birbaşa), “Kəpəz” (birbaşa), “Neftçi” (birbaşa), “Şamaxı” (birbaşa), “Turan Tovuz” (ikinci sarıdan), “Sumqayıt” (ikinci sarıdan), “Zirə” (ikinci sarıdan) klublarının futbolçuları hərəyə bir dəfə qırmızı vərəqə alıblar. “Karvan”, “Sabah” və “Qarabağ”ın oyunçuları hələlik “qırmızı” ilə cəzalandırılmayıblar.

Beləliklə, hakimlər Premyer Liqanın ilk yarısında baş tutmuş 95 oyunda (14-cü turun “Qəbələ” – “Turan Tovuz” görüşü təxirə salınıb) futbolçulara 385 sarı, 11 qırmızı vərəqə göstəriblər.

Ən çox sarı vərəqəni isə “Araz-Naxçıvan”dan Patrik Andrade (7) alıb. Onu “Sumqayıt”dan Səbuhi Abdullzadə (6) izləyir.

Çempionatda hələlik iki qırmızı vərəqə alan oyunçu yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
4
arena.az

9Mənbələr