Milli komandamızın və “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, “Futbol+” qəzetinin tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri məlum olub.
Səsvermə nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu Elvin Cəfərquliyev seçilib. Yığmamızın üzvü sorğuda ən yaxın izləyicisi olan həmklubu Bəhlul Mustafazadəni qabaqlayıb.
Sıralamada digər yerləri müvafiq ardıcıllıqla Toral Bayramov, Xəyal Əliyev, Abdulla Xaybullayev, Rüfət Abbasov, Nəriman Axundzadə, Qismət Alıyev, Anton Krivotsyuk və Ceyhun Nuriyev tutublar.
Cəfərquliyev 2019/2020-ci illər mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra – 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.
“Transfermarkt”da dəyəri 1,5 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasında 33 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun “Qarabağ” karyerası isə 212 oyun, 8 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
