“Barselona”nın sağ cinah müdafiəçisi, hazırda “Elçe”də icarədə olan ispniyalı futbolçu Hektor Fort zədə səbəbindən sıradan çıxıb.
Arena.az bu barədə İspaniya mətbuat xidmətinə istinadən xəbər verir.
19 yaşlı futbolçu İspaniya La Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları “Rayo Valyekano” ilə ev oyununda zədə alıb. O, 4:0 hesabıyla qalib gəldikləri görüşün 6-cı dəqiqəsində qol vurub, 12-ci dəqiqədə isə çiyninin çıxması səbəbindən meydanı erkən tərk etməli olub. İspaniyalı futbolçu artıq əməliyyat olunub. Onun bərpasının bir neçə həftə davam edəcəyi gözlənilir.
Hektor Fort bu mövsümün əvvəlində icarəyə verildiyi “Elçe”nin heyətində 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. “Barselona” rəhbərliyi onun icarə dövründəki çıxışından razıdır və hesab edilir ki, Fort növbəti mövsümdə Hansi Flikin komandasında əsas heyət uğrunda mübarizə apara biləcək.
Fort “Barselona”nın yetirməsidir. İspaniya U-20 millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 21 rəsmi matçda meydana çıxıb.
