AZ

La Liqa: “Betis” xal itirdi, “Vilyarreal”la “Jirona” sevindi – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

“Real Ovyedo” – “Betis” və “Valensiya” – “Elçe” matçlarında qalib müəyyənləşməyib. “Vilyarreal” doğma meydanda “Alaves”ə, “Jirona” isə “Osasuna”ya qalib gəlib.

19-cu turun qalan görüşləri yanvarın 11-də və 12-də keçiriləcək. Bu turun “Atletik” – “Real” (0:3) və “Barselona” – “Atletiko” (3:1) oyunları isə xeyli müddət öncə keçirilmişdi.

İspaniya, La Liqa
19-cu tur
9 yanvar

Xetafe – Real Sosyedad 1:2
Qollar: Xuanmi, 90 – B.Mendes, 36. Aramburu, 90+6.

10 yanvar

Real Ovyedo – Betis 1:1
Qollar: Kaira, 64 – Lo Çelso, 83.

Vilyarreal – Alaves 3:1
Qollar: Moleyro, 49. Moreno, 55. Mikautadze, 75 – T.Martines, 85.

Jirona – Osasuna 1:0
Qol: Vanat, 44.

Valensiya – Elçe 1:1
Qollar: Pepelu, 87-pen – Dianqana, 75.

11 yanvar

17:00. Rayo Valyekano – Malyorka
19:15. Levante – Espanyol

12 yanvar

00:00. Sevilya – Selta

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
31
11
arena.az

10Mənbələr