AZ

ABL: “Gəncə” “Abşeron Lions”a uduzdu – ARENA.AZ

Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 12-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda A qrupunda yer almış “Abşeron Lions” və “Gəncə” komandaları qarşılaşıblar. “Sərhədçi” İdman Mərkəzində baş tutmuş görüş Abşeron klubunun 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun daha əvvəl baş tutmuş görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” “Sumqayıt”ı (97:81), “Sabah” NTD-ni (121:76), “Neftçi” isə “Şəki”ni (82:60) üstələmişdi.

Beləliklə, 12 turdan sonra turnir cədvəlində vəziyyət belədir:

A qrupu: Abşeron Lions – 23. Sabah – 21. Neftçi – 16. Gəncə – 16. Şəki – 14. NTD – 12.

B qrupu: Ordu – 24. Naxçıvan – 21. Sərhədçi – 16. Quba – 16. Lənkəran – 16. Sumqayıt – 15.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
40
7
arena.az

10Mənbələr