2025/2026-cı illər mövsümünün qalan hissəsinə hazırlığı davam etdirən “Araz-Naxçıvan” komandası yoxlama oyununda 7 qol vurub.
Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisinin əsas komandası bu gün əvəzedici heyətlə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmuş görüş əsas komandanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurublar.
Premyer Liqa təmsilçisi növbəti görüşünü yanvarın 14-də “Qəbələ”yə qarşı keçirəcək. Növbəti matç da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq. Bu matçın start fiti saat 15:00-da səslənəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Yanvarın 18-də keçirilək sonuncu matçdakı rəqib hələ məlum deyil.
