AZ

“Fənərbağça” “Qalatasaray”ı yendi, super kuboku qazandı – ARENA.AZ

“Fənərbağça” futbol üzrə Türkiyə Super Kubokunun final qarşılaşmasında əzəli rəqibi “Qalatasaray”ı yenərək titula sahib çıxıb.

Arena.az xəbər verir ki, həlledici oyun bu gün İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilib.

Əzəli rəqiblərin qarşılaşmasını FİFA referisi Halil Umut Meler idarə edib. “Fənər” İstanbul derbisindən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurublar.

Xatırladaq ki, “Qalatasaray” super kubokun yarımfinalında “Trabzonspor”u (4:1), “Fənərbağça” isə “Samsunspor”u (2:0) mübarizədən kənarlaşdırmışdı.

Bu zəfər sayəsində “Fənər” uzun müddətdir davam edən titul həsrətinə son qoyub. İstnabul təmsilçisi sonuncu dəfə 2014-cü ildə Türkiyə Super Kubokunu qazanmışdı. “Sarı-lacıvərdlilər” bütövlükdə 10-cu dəfə bu titula yiyələniblər. Bu komanda daha öncə 1968, 1973, 1975, 1984, 1985, 1990, 2007, 2009 və 2014-cü illərdə oxşar uğura imza atmışdı.

Türkiyə Super Kubokunu ən çox qazanmış komanda isə “Qalatasaray”dır – 17 dəfə! “Beşiktaş”la “Trabzonspor” da 10 dəfə super kubok sevinci yaşayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
60
6
arena.az

10Mənbələr