AZ

ABL: NTD “Sabah”a, “Şəki” “Neftçi”yə uduzdu – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda A qrupunda yer almış “Sabah” və NTD komandaları qarşılaşıblar. “Sərhədçi” İdman Mərkəzində baş tutmuş görüş “Sabah”ın 121:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda “Neftçi” “Şəki” ilə üz-üzə gəlib. Eyni məkanda keçirilmiş matç “Neftçi”nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, turun daha əvvəl baş tutmuş görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” “Sumqayıt”ı (97:81) üstələyib. 12-ci tura yanvarın 11-də yekun vurulacaq.

A qrupu: Sabah – 21. Abşeron Lions – 21. Neftçi – 16. Gəncə – 15. Şəki – 14. NTD – 12.

B qrupu: Ordu – 24. Naxçıvan – 21. Sərhədçi – 16. Quba – 16. Lənkəran – 16. Sumqayıt – 15.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
54
12
arena.az

10Mənbələr