AZ

Manolo Qonsales – La Liqada dekabrın ən yaxşı məşqçisi! – ARENA.AZ

“Espanyol” komandasına rəhbərlik edən Manolo Qonsales İspaniya La Liqasında 2025-ci ilin dekabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Espanyol” dekabr ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 5 oyunun hamısında qalib gəlib. Komanda hazırda 33 xalla 5-ci pillədə qərarlaşıb.

Manolo Qonsales “Espanyol”un sükanı arxasına 2024-cü ilin mart ayında keçib. Çalışdırdığı müddətdə 46 yaşlı mütəxəssis “tutuquşular”ı 76 oyuna çıxarıb, 29 qələbə, 21 heç-heçə, 26 məğlubiyyət yaşayıb, top fərqi isə 83:81 nisbətindədir.

İspaniyalı mütəxəssis karyerası ərzində “Penya Deportivo”, “Badalona”, “Ebro”, “Montanesa” kimi komandaları da çalışdırıb, həmçinin “Espanyol”un B komandasına rəhbərlik edib.

Qonsales karyerası ərzində 2-ci dəfə La Liqada ayın ən yaxşısı seçilir. O, daha öncə 2025-ci ilin aprelində də bu ada layiq görülmüşdü.

Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdıran Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilmişdi. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda isə “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral ayın ən yaxşı məşqçisi elan edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
35
7
arena.az

10Mənbələr