RU

Aleksandar Stanoyeviç – “Fatih Karagümrük”ün yeni baş məşqçisi! – ARENA.AZ

Serbiyalı futbol mütəxəssisi Aleksandar Stanoyeviç Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, bu postda hələ xeyli müddət öncə istefaya göndərilmiş Marsel Liçkanı əvəz edib.

Xatırladaq ki, Aleksandar Stanoyeviç daha əvvəl də Türkiyə Super Liqasında çalışıb. O, 2023/2024-cü illər mövsümündə “Konyaspor”a rəhbərlik edib. Serb məşqçi “Partizan”, “Beijing Renhe”, “Əl-Qadisiya”, PAOK, “Makkabi” (Hayfa), “Dalian Aerbin”, “Srem” kimi komandaları, həmçinin Serbiyanın U-19 yığmasını çalışdırıb.

“Fatih Karagümrük” Türkiyə Super Liqasının cari mövsümündə 17 oyuna cəmi 9 xal toplayıb və 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 17 turda 2 qələbə, 3 heç-heçə və 12 məğlubiyyət görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
8
arena.az

10Источники