AZ

Aleksey İsayev Premyer Liqada 200-cü matçına çıxdı – ARENA.AZ

“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev futbol üzrə Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 32-ci turuna təsadüf edib.

İsayev “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb. O, 90 dəqiqə meydanda olub.

Debütü 2018/2019-cu illər mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşmiş Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin milli çempionatımızda 15-ci qolu olub.

Aleksey İsayev Azərbaycan Premyer Liqasında 3 klubun formasını geyinib. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.

İsayevin “Sabah” karyerası bütövlükdə 134 oyun, 14 qol və 34 assistdən ibarətdir. “Qarabağ”da 56 oyuna cəmi 1 qol vurmuş yarımmüdafiəçi “Sumqayıt”da 43 oyun keçirib, 11 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
46
7
arena.az

10Mənbələr