AZ

Stefano Pioli ilə müqaviləyə xitam verildi – 7 ay sonra – ARENA.AZ

İtaliyanın “Fiorentina” klubu ötən ilin noyabr ayında istefaya göndərdiyi baş məşqçi Stefano Pioli ilə müqavilənin ləğv edildiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd edilib: “Stefano Piolinin Florensiyaya qayıtdıqdan sonrakı həvəsi və klubda və azarkeşlər arasında qazandığı populyarlıq, təəssüf ki, hamımızın ümid etdiyi nəticələri vermədi. İndi isə “Fiorentina” və Pioli arasında müqavilənin ləğvi barədə razılıq əldə edilib. Pioliyə karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq”.

Xatırladaq ki, Pioli ötən ilin yayında “Fiorentina”nın baş məşqçisi təyin edilmiş, lakin noyabrda vəzifəsindən azad edilmişdi. O, bu müddət ərzində komandanı 14 oyuna çıxarmış, 6 məğlubiyyət alıb, 4 dəfə heç-heçə və 4 qələbə görmüşdü.

“Fiorentina” Pioli üçün doğma klubdur. Belə ki, o, vaxtilə Florensiya klubunda həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib. 2017-2019-cu illər aralığında “Fiorentina”nı 74 oyuna çıxarmış mütəxəssis 27 qələbə, 25 heç-heçə və 22 məğlubiyyət yaşayıb.

60 yaşlı mütəxəssis karyerası ərzində “Salernitana”, “Modena”, “Parma”, “Qrosseto”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo”, “Palermo”, “Bolonya”, “Latsio”, “İnter”, “Milan”, “Əl-Nəsr” kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
8
4
arena.az

10Mənbələr