AZ

Albert Riera “Ayntraxt”dan qovuldu – ARENA.AZ

Futbol üzrə Almaniya Bundesliqasında uğursuz mövsüm keçirmiş “Ayntraxt” (Frankfurt) klubu baş məşqçisi Albert Riera ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İspaniyalı mütəxəssisin müqaviləsinə xitam verilib. Onunla birlikdə köməkçiləri də komandadan ayrılıblar.

Xatırladaq ki, Albert Riera 2026-cı ilin yanvar ayında “Ayntraxt”ın baş məşqçisi təyin olunmuşdu. İspan məşqçi Frankfurt təmsilçisini cəmi 14 oyuna çıxarıb, 4 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət görüb.

“Ayntraxt” Almaniya Bundesliqasında 34 oyuna topladığı 44 xalla 2025/2026-cı illər mövsümünü 8-ci pillədə başa vurub. Komanda avrokubok zonasından kənarda qalıb ki, bu da klub rəhbərliyinin radikal qərarlar qəbul etməsinə gətirib çıxarıb.

Riera məşqçiliyə Türkiyənin “Qalatasaray” komandasında köməkçi kimi başlayıb. O, 2022-ci ildə Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına baş məşqçi təyin edilib. Fransada “Bordo”nu da çalışdırmış ispan mütəxəssis daha çox “Çelye”dəki fəaliyyəti ilə diqqət çəkib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
8
arena.az

10Mənbələr