Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 32-ci turu Ehtiram Şahverdiyev üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Kəpəz”in futbolçusu bu turnirdə 200-cü oyununu keçirib.
29 yaşlı futbolçunun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib. O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/2016-cı illər mövsümündə “Qəbələ” forması ilə debüt etmiş Şahverdiyev 4 klubda çıxış edib.
Ehtiram “Kəpəz”də daha çox – 96 matça (3 qol) çıxıb. O, “Sumqayıt”da 43 (1 qol), “Qəbələ”də 35 (1 qol), “Turan Tovuz”da 26 (1 qol) dəfə meydana çıxıb.
Ehtiram Şahverdiyev “Kəpəz”də bütövlükdə 105 oyun keçirib, 3 qol və 9 məhsuldar ötürmə müəllifi olub. O, “Sumqayıt”da 48 (1 qol, 1 assist), “Qəbələ”də 41 (1 qol, 1 assist), “Turan Tovuz”da 28 (2 qol, 1 assist) keçirib.
