AZ

Andrea Maldera – Ukrayna millisinin yeni baş məşqçisi! – ARENA.AZ

İtaliyalı futbol mütəxəssisi Andrea Maldera bundan sonra Ukrayna milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Arena.az bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, bu posta 55 yaşlı italiyalı mütəxəssis gətirilib. Maldera ilə müddəti uzadıla bilmə şərti ilə 2 illik müqavilə imzalanıb. Bununla da Ukrayna yığmasının tarixində ilk dəfə “sükan arxasına” əcnəbi baş məşqçi keçib.

Andrea Maldera karyerası ərzində İtaliyanın “Milan”, İngiltərənin “Brayton” və Fransanın “Olimpik” (Marsel) klublarında, həmçinin 2016-2021-ci illərdə Ukrayna millisinə rəhbərlik etmiş Andrey Şevçenkonun məşqçilər korpusunda köməkçi kimi fəaliyyət göstərib.

Bir sözlə, Ukrayna millisi Malderanın məşqçilik kayrerasında baş məşqçi kimi ilk sınağıdır. UAF rəhbərliyinin bu qərarının özünü necə doğruldacağını zaman göstərəcək.

Ukrayna yığmasına son olaraq Sergey Rebrov rəhbərlik edib. O, bu il dünya çempionatına vəsiqə qazana bilmədikləri üçün postundan göndərilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
14
6
arena.az

10Mənbələr