“Barselona” ötən gecə doğma meydanında “Betis”i 3:1 hesabı ilə məğlub edərək futbol üzrə İspaniya La Liqasında tarixi rekorda imza atıb.
Arena.az xəbər verir ki, Kataloniya klubu çempionatın 38 turdan (19 ev oyunu) ibarət formatda keçirildiyi dövrdə “doğma divarlar” arasında bütün matçlarda qələbə qazanmış ilk komanda olub.
Bu, turnir tarixində 1985/1986-cı illər mövsümündən bəri ilk belə hadisədir. Həmin vaxt Madrid “Real”ı öz meydanında keçirdiyi 17 oyunun hamısında qalib gəlmişdi.
Xatırladaq ki, “Barselona” 2025/2026-cı illər mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib. Komandanın 37 oyundan sonra 94 xalı var. Kataloniyalılar doğma meydanda keçirdikləri 19 qarşılaşmada 57 qol vurub, qapılarında isə 10 qol görüblər.
“Barsa” keçirdiyi 37 oyunda bütövlükdə 21 qələbə qazanıb, 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. 94 qol vurmuş Hansi Flikin komandası öz qapısından 33 top buraxıb.
