“Turan Tovuz” Peşəkar Futbol Klubu və futbolçu Veysəl Rzayev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Klub göstərdiyi xidmətlərə görə Veysələ təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Veysəl Rzayev 2022/2023-cü illər mövsümündən etibarən “Turan Tovuz”un şərəfini qoruyurdu. Yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub. Veysəlin “Turan Tovuz” karyerası bütövlükdə 87 oyun, 2 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
“Qəbələ”nin yetirməsi olan Rzayev daha karyerası ərzində “Sabah”ın da formasını geyinib.
Azərbaycanın U-16, U-17, U-19 və U-21 yığmalarının da şərəfini qorumuş 23 yaşlı futbolçuya əsas millimizdə debüt etmək qismət olmayıb.
Qeyd edək ki, Veysəlin karyerasını “Kəpəz”də davam etdirməsi gözlənilir. Gəncə təmsilçisinin bu transferi qısa zaman içində açıqlaması gözlənilir.
