AZ

Mərakeş və Misir Afrika Millətlər Kubokunda qrup birincisi oldu – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin sonuncu – 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə də 4 qarşılaşma baş tutub.

A qrupunda Komor adaları – Mali görüşü qolsuz bitib. Turnirə ev sahibliyi edən Mərakeş isə Zambiyanı 3 cavabsız qolla yenərək qrup birincisi olub. Mali yığması 3 xalla qrup ikincisi kimi mərhələ adlayıb.

B qrupunda Anqola – Misir matçı qolsuz yekunlaşıb. Misir yığması ilk xal itkisinə baxmayaraq, 7 xalla qrup birincisi olub. Zimbabveyə qalib gələrək xalını 6-ya çatdırmış Cənubi Afrika Respublikası da pley-offa yüksəlib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
29 dekabr

A qrupu

Komor adaları – Mali 0:0

Zambiya – Mərakeş 0:3
Qollar: Əl-Kaabi, 9; 50. B.Dias, 27.

Xallar: Mərakeş – 7. Mali – 3. Komor adaları – 2. Zambiya – 2.

B qrupu

Anqola – Misir 0:0

Zimbabve – CAR 2:3
Qollar: Masvanhise, 19. Modiba, 73-öz qapısına – Moremi, 7. Foster, 50. Appollis, 82-pen.

Xallar: Misir – 7. CAR – 6. Anqola – 2. Zimbabve – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
19
4
arena.az

7Mənbələr