"Sportinq"in hücumçusu Viktor Qyokeresin gələcəyi ilə bağlı qeyri-müəyyənlik aradan qalxmaq üzrədir.
90deqiqe.Az-ın “Sky Germany"a istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu karyerasını "Arsenal"da davam etdirməkdə qərarlıdır.
İsveçli oyunçu son saatlarda bir daha yalnız "Arsenal"a keçmək istədiyini bildirib. O, London klubu ilə artıq beşillik müqavilə şərtlərində razılığa gəlib. Futbolçunun baş məşqçi Mikel Arteta ilə də müsbət keçən bir görüş keçirdiyi qeyd olunur.
Hazırda "Sportinq" və "Arsenal" klubları arasında danışıqlar davam edir.
Daha əvvəl London təmsilçisinin 65 milyon avro baza məbləği və 15 milyon avro bonus olmaqla ümumilikdə 80 milyon avro dəyərində təklif irəli sürdüyü bildirilmişdi. Lakin "Sportinq" bu məbləğin bir qədər artırılmasını istəyir.
"Mançester Yunayted"in marağına baxmayaraq, Qyokeres bu variantı müzakirəyə belə açıq qoymur.