AZ

"Arsenal" isveçli üçün təklifini artırdı

“Arsenal” klubu hücumçu Viktor Qyökeresin transferi üçün “Sportinq”ə yeni və təkmilləşdirilmiş təklif göndərib.

90deqiqe.Az-ın “Record”a istinadən yaydığı xəbərə görə, “topçular” isveçli forvard üçün 65 milyon avro sabit ödəniş və əlavə 15 milyon avro bonus təklif edib. Lakin Lissabon təmsilçisi bu variantla razılaşmır.

“Sportinq” 27 yaşlı forvardı ümumilikdə 80 milyon avroya satmağa hazır olsa da, bu məbləğin ən azı 70 milyonunun sabit ödəniş formasında olmasını istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, “Arsenal” daha öncə 55+10 milyon avro təklif etmişdi.

27 yaşlı hücumçu geridə qalan mövsümdə bütün turnirlər daxil olmaqla 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun “Sportinq”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

 

Seçilən
5
7
90deqiqe.az

10Mənbələr