AZ

Osimhen bu klubda oynamaq istəyir

"Napoli" və Nigeriya yığmasının hücumçusu Viktor Osimhen karyerasını "Yuventus"da davam etdirmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Neapol təmsilçisi isə çempionatdakı əsas rəqibini gücləndirmək istəmir və futbolçunu xarici kluba satmağa üstünlük verir. Lakin Osimhen son vaxtlar Səudiyyə Ərəbistanı klublarının təkliflərini rədd edib və "Yuve"yə keçmək istədiyini bildirib.

Əgər bu transfer baş tutmasa, Turin klubu diqqətini "Atalanta"nın hücumçusu Mateo Reteqiyə yönəldəcək. Onların maraq dairəsində həmçinin Portuqaliyanın "Sportinq" klubundan Viktor Qyökereş də var.

Seçilən
8
38
publika.az

10Mənbələr