AZ

Viktor Qyökereş “Arsenal”la müqavilə imzalayıb

“Sportinq”in isveçli hücumçusu Viktor Qyökereş karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu London təmsilçisi “Arsenal”la rəsmi müqavilə imzalayıb. Razılaşma 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Məlumata görə, Qyökereşə “Mançester Yunayted” də maraq göstərib. Lakin futbolçu Çempionlar Liqasında iştirak etməyəcək kluba keçmək istəmədiyi üçün bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Viktor Qyökereş ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol və 13 assistlə yadda qalıb.

Fərid Nəsibov

Seçilən
4
7
idmanxeber.az

10Mənbələr