İsveç yığmasının hücumçusu Viktor Dyökereş seçimini edib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu "Arsenal"a qoşulmaq istəyir. O, bu barədə klubu "Sportinq"ə də məlumat verib.
İsveçli hücumçu "topçular"la şəxsi məsələlərdə razılığa gəlib. O, 5 illik müqaviləyə imza atmağa hazırdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda klublar arasında danışıqlar davam edir.
Dyökereş 2 mövsümdür "Sportinq"də çıxış edir. O, Lissabon klubunda 102 oyuna 97 qol vurmağı bacarıb.