"Arsenal" isveçli futbolçu Viktor Gyökereşin transferi ilə bağlı "Sportinq"lə danışıqları davam etdirir.
İdman.biz "Record"a istinadən xəbər verir ki, London klubu indi 65+15 milyon avro təklif edir.
Amma "Sportinq" sabit məbləğ olaraq ən azı 70 milyon istəyir. Danışıqlar davam edir.
27 yaşlı hücumçu artıq "Arsenal"la 5 illik müqavilə ilə bağlı razılığa gəlib və "Sportinq"ə getmək istədiyini bildirib.
Bu arada, "Arsenal" İspaniya millisi və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin transferini həyata keçirib.
İdman.biz