Viktor Dyokereş Səudiyyə Ərəbistanının iki klubunun təklifini rədd edib.
Sportal.az xəbər verir ki, "Record"un məlumatına görə, “Sportinq”in hücumçusu “Əl-Hilal” və “Əl-Qadisiya”nın təkliflərini qəbul etməyib. Bildirilir ki, isveçli futbolçu Səudiyyə Ərəbistanı çempionatına keçmək niyyətində deyil və üstünlüyü İngiltərə Premyer Liqası klublarına, xüsusilə “Arsenal”a verir.
Daha əvvəl Dyokereşin “topçular”la 2030-cu ilə qədər müqavilə barədə razılığa gəldiyi bildirilmişdi.
Geridə qalan mövsümdə Dyokereş Portuqaliya çempionatında 33 oyunda 39 qol vurub.
saytlarin hazirlanmasi