"Sportinq"in hücumçusu Viktor Qyokeres "Arsenal" klubu ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, isveçli forvardla razılaşma 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted" Viktorla fəal maraqlansa da, forvard Çempionlar Liqasında oynamayacaq kluba keçməkdən imtina edib.
Ötən mövsüm Qyokeres bütün turnirlərdə 52 matçda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.