AZ

Viktor Qyökereş yeni klubu ilə anlaşdı

“Sportinq”in futbolçusu Viktor Qyökereşin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira paylaşım edib.

27 yaşlı hücumçu karyerasını “Arsenal”da davam etdirəcək. O, artıq klubu ilə müqavilə imzalayıb. Sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl “Mançester Yunayted” Viktorla maraqlansa da, forvard Çempionlar Liqasında oynamayacaq kluba keçməkdən imtina edib. Qyökereş ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.

Seçilən
16
22
msport.az

10Mənbələr