EN

Camal Cəfərov yenidən “Kəpəz”də – ARENA.AZ

Ötən gün “Sabah”dan azad agent kimi ayrılmış 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Camal Cəfərov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, “Kəpəz” bu gün heyətini yeni oyunçu ilə gücləndirib. Gəncə klubu azad agent statusuna malik Camal Cəfərovun keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, son klubu “Sabah” olan Camal müxtəlif vaxtlarda “sarı-göylər”in formasını geyinib. Cəfərov 2023/2024-cü və 2024/2025-ci illər mövsümünü icarə əsasında Gəncə komandasında keçirib. O, bu komandanın heyətində keçirdiyi 46 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Rusiyanın “Anji” klubunun yetirməsi olan Camal 2020-ci ildən “Sabah”da çıxış edirdi. O, Azərbaycanın U-17 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
25
10
arena.az

10Sources