Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 13-cü turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı UNEC və “Murov” komandaları arasında baş tutub.
Tərəflər UNEC-in idman zalında üz-üzə gəliblər. “Murov” meydan sahiblərini 3:1 (25:23, 19:25, 25:23, 25:23) hesabıyla məğlub edib.
Xatırladaq ki, bu turun digər oyunları ötən gün keçirilmişdi. “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:1, “DH Volley” isə “Turan”ı 3:2 hesabı ilə üstələmişdi.
13-cü tura fevralın 17-də yekun vurulacaq. Turun son oyunu Gəncə şəhərində “Gəncə” və “Gənclər” komandaları arasında keçiriləcək.
Yüksək Liqa
13-cü tur
13 fevral
UNEC – “Murov” 3:1 (25:23, 19:25, 25:23, 25:23)
⇧
