Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
İlk matçda iki iddialı komanda üz-üzə gəlib. Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəliblər. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıblar. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” 1/4 finala vəsiqə qazanıblar.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları fevralın 15-də keçiriləcək.
Qarşılaşmaların hamısı “Olimpik Star”da baş tutacaq.
Futzal, Azərbaycan Kuboku
1/8 final
14 fevral
Baku Fire – Araz-Naxçıvan 1:5
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Hakim-inspektor: Murad Məmmədov.
Neftçi İK – Trabzon Azərbaycan 14:3
Hakimlər: Hidayət Feyzullayev, Anar Fərəcov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran – Atletiko Baku 17:3
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.
Xan-Lənkəran – Dəstə Ordubad 6:3
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
15 fevral
14:00. Ulduz – Baku Fire-2
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Murad Məmmədov.
16:00. U-19 – Yeni Suraxanı
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
18:00. STAR karqo – Şuşa
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Azad Hüseynov.
20:00. Timsport – PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
