AZ

Dayo Upamekano “Bayern”lə yeni müqavilə bağladı – ARENA.AZ

Almaniya nəhəngi “Bayern”in fransalı mərkəz müdafiəçisi Dayo Upamekano Bundesliqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən xəbər verir.

Tərəflər müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş yeni sözləşməyə imza atıblar. Əvvəlki müqavilənin müddəti cari mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, Dayo Upamekano “Valansyen”in yetirməsidir. Fransalı müdafiəçi karyerası ərzində “Zalsburq”, “Leypsiq” və “Bayern”də çıxış edib.

“Bayern” Upamekanonu 2021-ci ilin iyulunda 42,5 milyon avro müqabilində “Leypsiq”dən tamhüquqlu əsasda heyətinə qatıb.

Upamekano cari mövsümdə “Bayern”in heyətində 28 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Münhen təmsilçisində bütövlükdə 180 oyun keçirib, 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Dayo Upamekanonun qənimətlər muzeyində “Leypsiq”lə 2 Avstriya çempuonluğu, 2 Avstriya Kuboku və “Bayern”lə 3 Almaniya çempionluğu və 3 Almaniya Super Kuboku var.

Upamekano 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 35 oyuna çıxıb, 2 qol vurub. Müdafiəçi “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
7
arena.az

10Mənbələr