AZ

ABL: “Abşeron Lions” və “Ordu”dan qələbə – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda “Gəncə” səfərinə yollanan “Abşeron Lions” 81:71 hesablı qələbəyə sevinib.

B qrupunda isə “Ordu” və “Quba” kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl keçirilmiş görüşlərdə “Sərhədçi” “Lənkəran”ı (83:69), “Naxçıvan” “Sumqayıt”ı (110:107) məğlub edib.

Tura fevralın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.

B qrupu: Ordu – 31. Naxçıvan – 30. Sərhədçi – 23. Sumqayıt – 23. Quba – 22. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
4
arena.az

10Mənbələr