EN

Xuan Bernat “Eybar”da! – ARENA.AZ

Fransa çempionu PSJ-nin və Almaniya nəhəngi “Bayern”in keçmiş müdafiəçisi Xuan Bernat bundan sonra karyerasını İspaniyanın aşağı liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, “Eybar” 32 yaşlı oyunçu ilə azad agent kimi müqavilə bağlayıb.

Sözləşmənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Eybar” hazırda İspaniyanın ikinci divizionunda çıxış edir. Komandanın 32 xalı var və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bernat ötən mövsüm “Xetafe” və “Vilyarreal”da keçirib. İspaniyalı müdafiəçi La Liqada 24 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib.

Xuan Bernat “Valensiya”nın yetirməsidir. İspaniya klubu onu 2014-cü ildə 10 milyon avroya Almaniya nəhəngi “Bayern”ə satmışdı. PSJ isə Bernatı 2018-ci ilin avqustunda 5 milyon avro müqabilində heyətinə cəlb etmişdi. Bernat 2023/2024 mövsümünü “Benfika”da icarədə keçirib. Daha sonra o, “Vilyarreal” və “Xetafe”də çıxış edib.

2014-cü ildə İspaniya yığmasında debüt etmiş müdafiəçi, millinin heyətində 14 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
11
11
arena.az

10Sources