Amerika və Ukrayna nümayəndə heyətləri Cenevrədə danışıqlar zamanı Ukraynadakı münaqişənin həlli planı üzrə irəliləyişə nail olublar və hazırda onun dəqiqləşdirilməsi üçün alınan təklifləri müzakirə edirlər.
“İki sahil” TASS-a istinadla bildirir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib.
"Düşünürəm ki, biz yaxşı irəliləyiş əldə etdik. Komandalarımız indi öz otaqlarına çəkilib. Bizə edilən təkliflərin bəziləri üzərində işləyirik",-deyə o, jurnalistlərə bildirib.
"Beləliklə, biz fikir ayrılıqlarının həllində irəliləmək və həm Ukraynaya, həm də açıq-aydın ABŞ-a uyğun gələn bir şeyə yaxınlaşmaq ümidi ilə bəzi dəyişikliklər və düzəlişlər etmək üzərində işləyirik", -deyə Rubio əlavə edib.