ABŞ Dövlət Katibi Marko Rubio Cenevrədə Ukrayna heyəti ilə danışıqlardan sonra ABŞ sülh planında dəyişikliklər edildiyini açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Danışıqlardan sonra Rubio mətbuata bugünkü görüşlərin məhsuldar olduğunu bildirib.
O, Vaşinqton komandasının sülh planına bəzi düzəlişlər" etdiyini aydınlaşdıraraq, hələ çox iş görülməli olduğunu əlavə edib.
Rubio əlavə məlumatların daha sonra təqdim edilə biləcəyini də açıqlayıb.
Dövlət katibi həmçinin vurğulayıb ki, istənilən plan ABŞ Prezidenti Donald Trampın və Rusiyanın təsdiqini tələb edir./Oxu.az
Telegram kanalımız