AZ

Rubio: ABŞ-nin Ukrayna planı 26–28 bənddən ibarətdir

BAKI, 23 noyabr. TELEQRAF

ABŞ-nin Ukrayna üzrə sülh təşəbbüsü 26-28 bənddən ibarətdir və sənədin müxtəlif versiyalarında bu rəqəm dəyişir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə açıqlama verib.

Rubionun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi danışıqlara təqdim edilən bu bəndlər üzrə hələ də açıq qalan məsələlərin sayını azaltmaq olub.

O bildirib ki, ABŞ və Ukrayna nümayəndə heyətlərinin bazar günü keçirdiyi danışıqlar nəticəsində bu istiqamətdə əldə olunmuş irəliləyiş xeyli əhəmiyyətlidie. Dövlət katibi qeyd edib ki, hələ görüləsi iş çoxdur, lakin tərəflər bir həftə əvvəlki vəziyyətdən xeyli irəli gediblər.

Seçilən
27
50
teleqraf.com

10Mənbələr